5 İyun 2020 13:56
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini Adil Əliyev üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb.

Teleqraf.com xəbər verir ki, bu gün Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayevlə əlaqə saxlayıb.

Professor idmançının vəziyyətinin qənaətbəxş olduğunu və yaxın günlərdə evə buraxılacağını deyib.

Adil Əliyev öz növbəsində Surxay Əliyevin timsalında bütün tibb işçilərinə minnətdarlığını bildirib.

Daha sonra Bayram Əliyevlə danışan vitse-spiker ona və bütün xəstələrə Allahdan şəfa diləyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu çətin sınaqdan üzü ağ çıxacağını deyib.

Adil Əliyev pandemiya təhlükəsinə qarşı, ciddi yanaşmağa çağıraraq, bu virusun yaşlı və gənc olmasından asılı olmayaraq, hər kəsi təhdid etdiyini bildirib. Eyni zamanda idmançıların bu virusa yoluxmasının vəziyyətin ciddiliyinin əyani təsdiqi olduğunu bildirib. Bütün vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa, zərurət yaranmadığı halda evdən çıxmamağa səsləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər