12 İyun 2020 15:30
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklikləri ikinci oxunuşda diqqətə çatdırıb.

Deputat xatırladıb ki, layihə barədə birinci oxunuşda ətraflı məlumat verilib:

“Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır”.

Qanun layihəsi ətrafında müzakirələr zamanı komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər