Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-la münasibətlərin hazırkı durumunu dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, Moskvadakı videokonfransda çıxış edən Sergey Lavrov epidemiyadan əvvəlki Rusiya-ABŞ münasibətlərinə toxunub.
Yeni Strateji Silah Azaldılması Müqaviləsinin gələn il başa çatdığını xatırladan Lavrov bu müddətin uzadılmasına dair nikbin olmadığını deyib. Lavrov bu razılaşmalar olmadığı təqdirdə, nüvə silahı ilə bağlı münaqişə riskinin artdığını deyib.
Bu narahatlıqlara baxmayaraq, qapını ABŞ-a açıq qoyan Rusiya Xarici İşlər naziri, yeni bir silah nəzarəti sazişi üzrə danışıqlara hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında 8 aprel 2010-cu ildə Praqada imzalanmış Yeni Strateji Silah Azaldılması Müqaviləsi 2011-ci il fevralın 5-də qüvvəyə minmişdi. 10 illik müqavilənin müddəti 5 fevral 2021-ci ildə başa çatır.