16 İyul 2020 19:10
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması və insan tələfatı ilə bağlı monitorinq aparmışıq. Ermənistan tərəfindən atılan artilleriya atışı nəticəsində insan tələfatı baş verib, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdinə etiraz olaraq bəyanat iyulun 13-də beynəlxalq təşkilatlara göndərilib.

“Cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrini müşahidə zamanı Tovuzun Dondar Quşçu kəndində ağır artilleriya mərmilərinin düşdüyü evlərdə dağıntıların şahidi olduq. Eyni zamanda rayonun Ağdam kəndinə hücumlar nəticəsində həlak olan mülki şəxsin evinə baş çəkdik”, - deyə Səbinə Əliyeva söyləyib.

Qeyd edək ki, Səbinə Əliyevanın Tovuz rayonunun Ağdam kəndində monitorinq apardığı zaman Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriyadan atəş açıblar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər