21 İyul 2020 23:34
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Serbiyadan silah-sursatın Ermənistana ölkə ərazisi vasitəsilə çatdırılmasına dair Azərbaycan mətbuatında yer alan növbəti məqaləni şərh etməyə hazırlaşmır.

Teleqraf.com xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Laşa Darsalia “Rustavi 2” telekanalına bildirib.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı vurğulayan nazir müavini deyib ki, Azərbaycan tərəfi ilə bütün önəmli məsələlər üzrə yüksək səviyyədə təmas var: “Azərbaycanlı həmkarlarımız və dostlarımızla bütün vacib məsələlərlə bağlı daimi təmasdayıq və müzakirələr aparırıq”.

Qeyd edək ki, ötən gün Gürcüstan XİN Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Bu gün Azərbaycan mətbuatında bu mövzuya dair fotofaktların yer aldığı növbəti məqalə dərc olunub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər