22 İyul 2020 18:10
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin bütün dövlətlərinin və danışıqlar prosesində iştirak edən ölkələrin maraqlarına uyğundur.

Teleqraf.com xəbər verir ki, bunu çərşənbə günü Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

“Dağlıq Qarabağdakı vəziyyətə gəldikdə, biz hesab edirik ki, təkcə Rusiya deyil, həm də bu bölgədə sabitliyin bərqərar olması və möhkəmləndirilməsində məsul olan digər dövlətlər də tərəfləri barışığa, atəşkəsə çağıran bəyanatlar verməlidirlər. Çünki tərəflərin mövqeləri fərqlidir və onlar heç bir şəkildə razılığa gələ bilmirlər. Hazırda vəziyyətin sabitləşməsi prosesin bütün iştirakçılarının maraqlarına uyğundur”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Rusiya Federasiyası ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağla bağlı əvvəllər beynəlxalq ictimaiyyət tərəfindən hazırlanmış hər şeyin danışıqlar masasında qalması mövqeyindən çıxış edir:
“Mövcud böhran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini yaxınlaşdırmaq üçün göstərilən titanik səylər, ilk növbədə Rusiya Federasiyasının səyləri nəticəsində əldə olunan irəliləyişin geriləməsinə səbəb olmamalıdır”.
“Bu münaqişənin həlli bütövlükdə bölgədəki vəziyyəti əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa, o cümlədən bütün tərəfdaşlar arasında ikitərəfli münasibətləri yaxşılaşdırmağa imkan verəcək. Hər kəsi, xüsusilə Minsk Qrupu ölkələrini məhz bu mövqedən çıxış etməyə çağırırıq”, – deyə Rusiya XİN başçısının müavini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər