Seçicilərdən təhsillə bağlı çox müraciətlər almışam. Pandemiya ilə bağlı universitetlərdə dərslər olmadı. 2020 və 2021-ci illər üçün tələbələrin təhsil haqqının azaldılmasını təklif edirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Erkin Qədirli “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat əlavə edib ki, univetsitetlər açıldığı təqdirdə hökumətdən xahişim odur ki, tələbələrin təhsil haqqı yarıbayarı azaldılsın.