Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber vakti” saytı məlumat yayıb.
Məlumata görə, qəbul Türkiyə Prezidentinin iqamətgahında keçiriləcək.
Qeyd edək ki, Ceyhun Bayramov dövlət başçısının qəbulundan əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.