15 Avqust 2020 16:43
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan BBC-nin “Hard Talk” proqramında özünün və təmsil etdiyi xalqın əsl simasını növbəti biabırçılıqla beynəlxalq ictimaiyyətə təqdim etdi. Dahi filosof Sokratın məşhur bir fikri var; “danış, deyim kimsən”. Paşinyan danışdıqca özünü və xalqını biabır edir.

Teleqraf.com-a açıqlamasında Millət Məclisin deputatı Nəsib Məhəməliyev belə deyib.

Millət vəkilinin fikrincə, Paşinyan tarixi faktları saxtalaşdırmaqla, beynəlxalq hüququ inkar etməklə, həyasızcasına yalan danışmaqla düşünür ki, dünya birliyini aldatmağa nail olacaq:

“Peşəkar jurnalistin konkret suallarına cavab vermək üçün intellekt, yüksək hazırlıq olmalıdır. Ən əsası isə, həqiqəti etiraf etmək lazımdır. O keyfiyyətlər də Paşinyanda yoxdur. Əvəzində utanmadan yalan danışmaq kimi milli xüsusiyyətlərini yaxşı mənimsəyib”.

Nəsib Məhəməliyev vurğulayıb ki, dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərini artıq qəbul etməsi reallığı ortadadır:

“Son dövrlərdə beynəlxalq təşkilatların öz bəyanatlarında Ermənistanı işğalçı dövlət kimi tanımaları, bunun göstərisidir. Gerçək addımların atılması, zaman məsələsidir. İndiki geosiyasi reallıqlar, qarşıdurmalar, ikili standartlar problemin bir dəfəlik həllində dəqiq yanaşmalar tələb edir. Həmin an gələcək və biz buna hərtərəfli hazır olmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər