20 Avqust 2020 09:09
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib oldu. Yekun nəticə ilə razılaşmayan rəqiblərin tərəfdarları küçələrə çıxdı, nəticələrə etiraz etdilər. Ölkənin bir sıra bölgələrində davam edən kütləvi dinc etirazlar artıq səngiyir. Prezident seçkilərində namizəd, aksiyanın səbəbkarlarından biri kimi tanınan Svetlana Tixanovskaya dəstəkçilərindən meydanlara çıxmamağı xahiş edib. O, "Belarus xalqı öz seçimini edib" - deyə fikrini bildirib.

Teleqrafa.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev belə deyib.

Millət vəkili bildirib ki, Belarusun paytaxtı Minskdəki Azadlıq meydanında prezident Aleksandr Lukaşenkoya dəstək mitinqi də keçirilib:

"Baş verən hadisələrdən də görünür ki, ölkəni qarışdırmağa maraqlı kənar güclər var. Mitinqdə Lukaşenko da vətəndaşlara müraciət edərək, ölkəyə xaricdən təhlükənin olduğunu vurğulayıb. Bu məsələ Lukaşenkonun Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı da müzakirə edilib. Qeyd olunub ki, xarici təhdidlərin təsiri ilə vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya Birlik Dövləti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətləri ilə kömək edə bilər.

Deputat qeyd edib ki, etiraz aksiyalarında sosial media üzərindən təşkil olunan açıq və gizli müdaxilələrin də təsiri hiss edilir:

“Lukaşenkonun rəhbərliyi dövründə Belarus iqtisadi, sosial göstəricilərinə görə Avropada lider ölkələr sırasında yer alıb. Belə ki, transmilli korporasiyaların, xarici sərmayənin ən az ayaq açdığı ölkələrdən olan Belarus kənd təsərüffatı malları, texnoloji avadanlıqlar - təyyarə, qatar, avtomobil, tibbi avadanlıqlar istehsal edən, keyfiyyətli dərman sənayesinə malik olan ölkədir. Bütün bunların əldə edilməsində Lukaşenkonun bir prezident kimi rolu böyükdür”.


Müəllif: Tapdıq Qurbanlı