“Ermənistan hələ də beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizini işğal altında saxlayır. Ermənistan sülh prosesini pozmaqda davam edir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.
Onun sözlərinə görə, iyuldakı hücum aktiv hərbi əməliyyatların keçdiyi bölgədən uzaqda, böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi istiqamətlərdə həyata keçirilib: "Təbii ki, Ermənistan rəhbərliyi əhalini pandemiya ilə kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlərdən yayındırmaq üçün buna əl atıb".