10 Sentyabr 2020 22:06
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq Hökumət Platformasının koordinatoru, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Əliməmməd müəllim, Əfv Komisiyasının tərkibi yeniləndi. Komissiyanın yaxın vaxtlarda toplanacağı gözlənilirmi?

- Bir necə gün öncə cənab Prezident tərəfindən Əfv Komissiyasının tərkibi formalaşdırıldı. Komissiyanın toplaşması ilə bağlı müzakirələr olacaq. Bu ilk növbədə Komissiyanın sədrinin iradəsindən asılıdır. Komissiyanın katibliyi, əfv sektoru tərəfindən daxil olan ərazilər emal edilərək müxtəlif rəylər alınır və araşdırmalar aparılır. Bunun əsasında arayışlar hazırlanaraq sədrə təqdim edilir. Daha sonra isə sədrin təşəbbüsünə əsasən komissiyanın yığıncağı çağırılır. Amma buna baxmayaraq hazırda əfv sektoru işləyir. Sözsüz ki prosedur qaydalarına uyğun arayışlar hazırlandıqdan sonra Komissiyanın iclasları çağırılacaq. Ona görə də, komissiyanın iclasının konkret nə vaxt çağırılacağı ilə bağlı fikir söyləmək çətindir. Çünki bu birbaşa Əfv Komissiyasının sədrinə olan müraciətlərdən asılı olan bir məsələdir. Amma Komissiyanın katibliyi mütəmadı olaraq müraciətləri qəbul edir. Hətta üzvlər tərəfindən olunan müraciətlər də qəbul edilir.

- Əfv Komissiyasının hazırladığı siyahı nə dərəcədə mükəmməldir? Siyahı hazırlanarkən hansı kriteriyalar əsas götürülür.

- Əfv komissiyası əsasnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Komissiya üçün bütün məhkumlar qanun qarşısında bərabərdir. Əfv Komissiyası sadəcə olaraq məhkum haqqında müvafiq rəy hazırlayır və ölkə rəhbərinə təqdim edir. Kiminsə əfv dilməsi məsələsi ölkə başçısının səlahiyyətinə aid olan bir məsələdir. Əfv komissiyasına daxil olan müraciətlər müəyyən kriteryalar əsasında yoxlanılır. Cinayətin ağırlıq, ictimai təhlükəlilik dərəcəsi, cəzanın yüngülləşdirilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi, eyni zamanda, zərərçəkmişin mövqeyi, məhkumun ailə vəziyyəti digər müxtəlif amillər nəzərə alınmaqla komissiya tərəfindən müvafiq rəy verilir. Ona görə də burada cəmiyyətin, dövlətin eyni zamanda, fərdlərin maraqlarını, məhkumun müraciəti əsas götürülərək ortaq bir qərarlılıq nöqtəsi tapılır. Mərhəmət, hümaniz və ədalət prinsipləri əsas götürələrək rəylər verilir. Bu baxımdan da komissyiya tərəfindən hər hansı bir ayrı-şeçkiliyin olması ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur. Çünki müraciətlər və ona baxılması ilə bağlı da prosedurlar var. Prosedurlarla da bağlı kriteriyalar mövcuddur.

Məhkumlar üçün mütəmadi olaraq Ədliyyə Nazirliyi, Pentensiar Xidmət tərəfindən seminarlar təşkil edilir. Həmin seminarlarda məhkumlara əfv üçün necə müraciət edilməsi və prosedur qaydaları barədə ətraflı izahatlar verilir. Eyni zamanda hər bir cəzaçəkmə müəssisəsində bununla bağlı yaddaş kitabçaları da mövcuddur. Bu baxımdan əfv üçün müraciətin əlçatanlığı ilə bağlı heç bir problem yoxdur. Digər tərəfdən əfv üçün kimlərin bu kateqoriyaya aid olması ilə bağlı KİV-lərdə də mütəmadı məlumatlar verilir. Vətəndaş cəmiyətinin nümayəndələri tərəfindən bu inistitutun təşviqi ilə bağlı çoxsaylı layihələr icra edilib. Qanunvericiliyin özündə də əfvlə bağlı ayrıca bir maddə var. Əfv üçün bu gün müraciət etmək baxımından heç bir problem yoxdur. Eyni zamanda əfv məhkəmənin qanunu qüvvəyə minmiş hökmü ilə cəza almış şəxslərə şamil olunur. Bu istər azadlıqdan məhrumetmə və islah işləri ilə də bağlı ola bilər. Belə cəzalara məhkum olunmuş şəxslər əfv üçün müraciət edə bilərlər. Əfv edilən şəxs ya çəkəcəyi cəzanın qalan hissəsindən azad edilir, ya məhkumluğu götürülür, ya da cəzanın müəyyən hissəsi azaldılır. Yəni, bu baxımdan həm Azərbaycan vətəndaşları, vətəndaşlığı olmayan şəxslər məhkəmələr qarşısında cinayət hökmləri varsa onların müraciəti ilə bağlı heç bir əngəl mövcud deyil. İstənilən məhkumla bağılı vəkillər, QHT-lər, millət vəkillər, Ombudsman tərəfindən müraciətlər edilə bilər. Böyük icitmai təhlükəli olmayan cinayətlərlə bağlı maksimim 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs haqqında hökm qüvəyə mindiyi andan əfv üçün müraciət etmək hüququ var. Eyni zamanda cəzanın üçdə biri çəkildiyi halda müraciətlər edirilir. Ağır cinayətlərə görə cəzanın yarısı çəkildikdən sonra əfv üçün müraciət etmək hüququ yaranır.

- Əfv komissiyasına Tofiq Yaqublu ilə bağlı müraciət ünvanlanıbmı?

- Hüquq müdafiəçiləri tərəfindən bununla bağlı müraciətlər edilib. Bu məsələ ilə bağlı da müraciətlərin edilməsində heç bir problem olmayacaq. Tofiq Yaqublu ilə bağlı hələ ki, məhkəmə qərarı qanuni qüvvəyə minməyib. Çünki onun barəsində məhkəmənin çıxarmış olduğu qərardan Appelyasiya şikayəti verilib. Əfv müraciəti hökm barəsində qərar qüvvəyə minmiş şəxslərə edilir. Bununla bağlı müraciətlər qəbul edilir. T.Yaqublu ilə bağlı Appelyasiya Məhkəməsi qərar verilməlidir. Ümid edirik ki, o tezliklə azadlığa qovuşar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər