20 Sentyabr 2020 00:44
5 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində Türkiyə ilə birgə hərbi təlimlərlə bağlı fikirləri Türkiyə mediasında geniş işıqlandırılıb.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısının Türkiyənin həmişə Azərbaycanın, Azərbaycanın da hər zaman Azərbaycanın yanında olduğu barədə fikirlərinə xüsusi yer verilib.

Prezident vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın hər il ənənəvi keçirdiyi birgə təlim bu il Ermənistanın Tovuz istiqamətində provokasiyası dövrünə təsadüf edib.
Azərbaycan Prezidenti Ermənistanın təlimlə əlaqədar qorxuya düşdüyünü və qorxudan döymədiyi qapı qalmadığını söyləyib.

Türk mediası bu fikirləri "Əliyev Ermənistanın qorxudan hansı addım atdığını açıqladı" başlığı ilə tirajlayıb.


Müəllif: Teleqraf.com