23 Sentyabr 2020 11:27
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir. Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı deyib.

Spiker çıxışı zamanı “Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar?” sualını da verərək xatırladıb ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib:

“Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər