3 Oktyabr 2020 18:39
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılmaqdadır.

Teleqraf.com xəbər verir ki, qardaş ölkənin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə fikirlərini və təcavüzkar tərəfə sərt mesajlarını Türkiyə ictimaiyyətinə çatdırıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı proses barədə müfəssəl məlumat verərək deyib: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Bu məlumatlarla Anadolu agentliyinin, TRT HABER, A HABER, NTV, HABER GLOBAL və digər telekanalların, eləcə də “Sabah”, “Milli qəzetə”, “Yeni şəfəq”, “Hüriyyət”, “Star”, “Yeni akıt” və digər nüfuzlu qəzetlərin saytlarında, həmçinin yerli regional portallarda tanış olmaq mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər