15 Oktyabr 2020 18:00
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan terror dövlətidir. Terroru siyasi xətt kimi həyata keçirən dövlətlə hər hansı bir qanunla, hüquqla danışmaq mümkün deyil. Onların bir dövlət kimi siyasi kursu da məhz terrora əsaslanır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, hümanitar atəşkəs dövründə Ermənistan Gəncə və digər yaşayış məntəqələrimizi hədəf almaqla bir daha terror dövləti olduğunu nümayiş etdirdi:

"Atəşkəsə qədər bütün dünya dövlətlərinə yalvaran Ermənistan razılıq əldə edildikdən sonra cəbhə boyu ərazilərdə yaşayan dinc insanları açıq şəkildə hədəfə almağa başladı. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması da bu dövlətin təcavüzkar, dağıdıcı missiyasını ortaya qoydu. Gəncə döyüş bölgəsindən uzaqda yerləşir. Bu şəhərdə heç bir hərbi obyekt mövcud deyil. Eyni zamanda düşmən istifadəsi məhdudlaşdırılmış raketlə həmin terroru gerçəkləşdirib. Ona görə də Ermənistanın bu addımı beynəlxalq ictimaiyyət tərəfindən qınağa səbəb olmalıdır”.

Musa Quliyev qeyd edib ki, işğalçı Ermənistanın məqsədi insanlar arasında qorxu və panika yaratmaqdır:

“Cəbhədə böyük uğursuzluğa düçar olan ermənilər dinc insanları hədəf almaqla öz mahiyyətlərini ortaya qoyurlar. Bu, eyni zamanda öz daxili prinsiplərinə hesablanmış iyrənc aktdır. Çünki düşmən ölkədə cəbhədəki məğlubiyyətin böyük bir təlatümü hökm sürür. Cinayətkar Ermənistan hakimiyyəti isə diqqəti bu cür terror aktları ilə başqa səmtə yönəltməyə çalışır. Sözsüz ki, bütün bu baş verənlərə görə, birbaşa indiki Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. Məhz onların vermiş olduğu əmrə əsasən Azərbaycanın mülki obyektləri, insanların sıx yaşadığı əraziləri hədəf alınır. Amma məqsədindən asılı olmayaraq ikinci böyük şəhərimiz olan Gəncəyə raket atılması beynəlxalq terror aktıdır. Eyni zamanda ağır bir hərbi cinayətdir. Ona görə də beynəlxalq müstəvidə buna layiqli qiymət verilməli və səbəbkarlar cəzalandırılmalıdır. Ancaq təəssüflər olsun ki, hər zaman insan haqlarından dəm vuran beynəlxaq təşkilatlar Gəncə terroru ilə bağlı reaksiya vermirlər".

Deputat əlavə edib ki, hümanitar atəşkəs olmasına baxmayaraq, ermənilər buna riayət etmirlər:

“Onlar cəbhədəki uğursuzluqlarını ört-basdır etməyə çalışırlar. Sözsüz ki, ermənilərə layiqli cavab ordumuz tərəfindən verilir. Hazırda düşmənin sülhə məcburetmə əməliyyatı həyata keçirilir. Bununla yanaşı, artıq bütün dünya Ermənistanın işğalçı bir dövlət olduğunu gördü".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər