Gecə saatlarında təcavüzkar ermənistan növbəti dəfə hümanitar atəşkəsi kobudcasına pozub. Kriminal, terrorçu Ermənistan tərəfindən döyüş bölgəsindən kənarda yerləşən Gəncə raket zərbələrinə məruz qalıb. Terror hücumu nəticəsində böyük dağıntı və insan tələfatı baş verib. 52 nəfər yaralanıb və 2-si azyaşlı uşaq olmaqla 13 nəfər həlak olub. Mülki şəxslərin öldürülməsi, yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktıdır. Bu, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, ermənilərin insanlığa sığışmayan, vəhşi hərəkətlərini Qaradağlıda, Ballıqayada, Xocalıda əyani şəkildə görmüşük:
“Cəbhədə məğlubiyyətə uğrayan təcavüzkar Ermənistan dinc əhalini atəşə tutmaqla xalqımızın inamını, mübarizə əzmini qırmağa çalışır. Amma düşmən bu iyrənc niyyətinə çata biməyəcək. Terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə hücumları Cenevrə konvensiyalarına ziddir. İşğalçı Ermənistan tərəfindən 1949-cu ilədə qəbul edilmiş "Uşaqların və İnsan hüquqlarının müdafiəsi, fundamental azadlıqlara dair" konvensiyası ciddi şəkildə pozulub. Buna dünya ictimaiyyəti və BMT-yə üzv dövlətlər layiqli qiymət verməlidir".
Millət vəkili deyib edib ki, düşmən şəhər və kəndlərimizi atəşə tutmaqla, münaqişənin gedişini dəyişmək, genişləndirmək istəyir:
“Rəşadətli Azərbaycan Ordusu bu gün düşmənə layiq cavab verir və işğalda qalan ərazilərimizi azad edir".
Hicran Hüseynova vurğulayıb ki, cənab Prezidentin bugünkü müraciəti hər birimizdə qürur hissi yaşatdı:
“Füzulinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edirəm. Xalqımızın əhval-ruhiyyəsi yüksəkdir və bizim qələbə əzmimizi heç nə sarsıda bilməz”.