23 Oktyabr 2020 09:24
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin cədvəlində vurğulanıb.

Cədvələ əsasən, Mayk Pompeo Bakı vaxtı ilə saat 17:30-da Ceyhun Bayramovla, Bakı vaxtı ilə 18:30-da Zöhrab Mnatsakanyanla görüşəcək.

Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər