30 Oktyabr 2020 18:14
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın haqlı mövqeyi beynəlxalq birlik tərəfindən daha çox dəstəklənir. Çünki Azərbaycanın haqlı mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Burada hər hansı bir xalqa qarşı münasibətdən söhbət gedə bilməz. Ermənistan əvvəl-axır qəflət yuxusundan ayılmalı idi. Onun əsrlərlə erməni xalqının müstəsnalığı və böyük dövlətlərin erməni xalqının problemlərini həll etməyə məcbur olması düşüncəsi artıq tarixin arxivinə atılır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Deputatın fikrincə, bu gün dünya dövlətləri öz siyasətlərini Ermənistanı və yaxud erməni millətçilərinin nə düşünməsi ilə aparmırlar: “Heç də təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyanın dünya dövlətlərinin rəhbərlərinə zəngləri niyyətinin əksinə olaraq onları beynəlxalq hüquqa dəvət etməklə nəticələnir”.

Aydın Mirzəzadə qeyd edib ki, bu, belə də olmalı idi: “Erməni millətçiləri bilməli idi ki, hərb gec-tez acı nəticələr doğuracaq. Tarix, gedən proseslər bunu bir daha sübut etdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər