5 Noyabr 2020 16:20
4 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu Xankəndiyə də, Şuşaya da daxil olmalıdır. Eləcə də Kəlbəcər də azad edilməlidir. Azərbaycan Ordusu cənub istiqamətində çox yüksək səviyyəli əməliyyat aparıb, əraziləri düşməndən təmizləyə bilib. Hesab edirəm ki, indiki mərhələdə Laçın dəhlizini bağlamaq bizim maraqlarımıza cavab vermir.

Bu sözləri Teleqraf.com-a sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov deyib.

Onun fikrincə, Laçın dəhlizinin sağ və solunu ordumuz tuta bilər, amma dəhlizi bütövlükdə bağlamaq bizim ziyanımızadır: “Biz Azərbaycan əraziləri olan və son 30 ildə bizim nəzarətimiz olmayan bu torpaqlardakı ermənilərin Laçın dəhlizi vasitəsilə çıxıb getməsinə imkan yaratmalıyıq. Lakin siz prosesə diqqət edin. Ermənistan, daha doğrusu Qarabağdakı separatçı rejim elan edir ki, mülki əhalinin təhlükəsizliyinə görə, bu dəhlizi bağlayır. Özlərini ağıllı aparırlar və belə addımlarla mülki ermənilərin gedişinin qarşısını alırlar. Aydındır ki, ermənilərin bu ərazilərdən çıxıb getməsi bizə xeyir, Ermənistana isə zərərdir. Buna görə, onlar çalışırlar ki, sadə ermənilər müharibə zonasını tərk etməsinlər”.

Firudin Cəlilov qeyd edib ki, erməni tərəfi hər şeyə əl atırlar: “Onların nəfəsləri yalanla gedib-gəlir. Mən erməni kanallarını seyr edirəm. Danışdıqları on sözdən doqquzu yalandır. Bunlar çox qəribə bir millətdir. Onlarla ancaq öz dillərində danışmaq lazımdır. Başqa sözlə, dediyini etməməlisən, bir söz deyib, başqa şey edəsən. Hər halda hesab edirəm ki, onları sıxmaq lazımdır ki, özləri çıxıb getsinlər. Məncə, mühasirəyə düşsələr, məcbur olub gedəcəklər. Hər halda məsələ nə qədər tez həll edilsə, bir o qədər bizə xeyirdir. Ordumuza dəstəyimiz sonsuzdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər