ATƏT-in hazırkı sədri, İsveç Xarici İşlər naziri Ann Linde yeni xüsusi elçilərinin adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, Cənubi Qafqazdakı xüsusi elçi postuna isveçli diplomat Annika Söderin təyin olunduğunu bildirib.
Avropa Sülh İnstitutunun qubernatorlar komitəsinin sədri olan Annika Söder 2014-2019-cu illərdə İsveç xarici işlər dövlət katibi vəzifəsində çalışıb.
Xatırladaq ki, bu il ATƏT-də sədrlik İsveçə məxsusdur.