28 Yanvar 2021 16:03
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə rusiyalı politoloq Oleq Kuznetsovun müəllifi olduğu “Ermənistanın müasir dövlət ideologiyasının allyuziyaları” adlı hesabat hazırlanıb.

Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Hesabatda ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlamasından və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistanda siyasi böhranın hökm sürdüyü bildirilir və ölkənin siyasi partiyaların hakimiyyət uğrunda mübarizə meydanına çevrilməsinə diqqət çəkilir. Bildirilir ki, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən məğlubiyyətə uğraması Ermənistan cəmiyyətində psixoloji şok effekti yaradıb. Vurğulanır ki, erməni cəmiyyəti hələ də Azərbaycana uduzmasının kökündə təcavüzkarçı dövlət ideologiyası olan tsexakronizm ideologiyasının dayandığını etiraf etməyə cəsarət tapmır.

Daha sonra müəllif Qaregin Njdenin bu ölkədə qəhrəmanlaşdırılması, banisi olduğu tsexakronizm ideologiyasının mahiyyəti və tarixi barədə yazır və son 20 ildə bu ideologiyanın Ermənistanın idarəçilik sistemində mərkəz mövqedə dayandığına dair əsaslar gətirir. Müəllif qeyd edir ki, nasizm ideologiyasının təbliğatçısı olan Qaregin Njdenin erməni xalqının üstünlüyünü ehtiva edən tsexakronizm ideologiyası erməni xalqının milli kimliyinə köklü şəkildə daxil olub və ölkədə geniş təbliğ olunur.

Rus dilində olan hesabatı buradan oxumaq və yükləmək mümkündür.


Müəllif: Səxavət Həmid