9 Aprel 2021 21:27
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna böhranı həllini tapmalıdır. Əgər Qərb indiki şəraitdə Rusiyaya qarşı bu məqamdan istifadə etməyəcəksə, məncə, gələcəkdə ABŞ, NATO və Ukrayna özünün prolemini həll etmək üçün vaxt tapmayacaq”.

Bu sözləri Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, indi həmin bölgədə inkişaf prosesi SSRİ-nin son günlərini xatırladır:

"SSRİ-nin süqutundan əvvəlki illərdə də nüvə təhdidi, kommunist SSRİ-nin dünyanın hər yerində NATO və ABŞ-la rəqabət şəraitinə daxil edilməsi müşahidə olunurdu. Bu da sovet ittifaqının süqutunu tezləşdirən hadisə oldu. İndi Rusiya sanki bu yolla gedir. Bu da, sözsüz ki, Rusiyanın gəlirlərinin böyük hissəsini hərbi istiqamətə, yeni silahlara yatırılmasına, militarizmə aparıb çıxarır”.

Professor əlavə edib ki, bu addımlarla Rusiya inkişaf etmiş ölkələri, dünya düzəninə cavabdeh olan gücləri diqqətindən yayındırır:

“Mənim qənaətimcə, dünya düzəninə cavabdeh olan dövlətlər nəhayət əl-qolunu açmaq və proseslərə tam nəzarət etmək üçün Ukraynanın probleminin həllindən lazımi səviyyədə istifadə etməlidirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər