19 Aprel 2021 09:28
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın beynəlxalq iqtisadiyyat və maliyyə jurnalının elmundofinanciero.com saytında Kral I Xuan Karlos adına Universitetinin hüquq üzrə professoru, Panavropa Beynəlxalq İttifaqının üzvü Karlos Uriarte Sançesin AZƏRTAC-a verdiyi müsahibə dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə aprelin 13-də Azərbaycan Diplomatik Akademiyasında - ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirildiyi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu konfransda Cənubi Qafqaz bölgəsində dialoq, sülh və sabitliyi təşviq etmək üçün əla təşəbbüslə çıxış etdiyi xüsusi vurğulanıb.

İspan nəşri, beynəlxalq konfrans kimi bu cür təşəbbüslərin, şübhəsiz ki, son vaxtlar Azərbaycan ilə Ermənistan arasında yaranan münaqişədən sonrakı dövrdə yaraların sağalmasına kömək etdiyini və Azərbaycanın qonşuları ilə əməkdaşlıq etmək istəyinin bariz əlaməti olduğunu diqqətə çatdırır. Bu, bölgədəki sabitliyə və sülhə töhfə verən yeni bir ümid mərhələsinin başlanğıcı deməkdir.

İspan saytı professor K.Uriartedən sitat gətirir: “Bu gün Cənubi Qafqazda Qarabağı dünyanın çiçəklənən və sabit bir bölgəsinə çevirəcək inkişaf və əməkdaşlıq strategiyasına hər zamankından daha çox ehtiyac var. Ümid edirəm ki, bu bölgə yenidən mediada müzakirə olunduqda, söhbət yalnız onun gözəlliyindən və dünyanın bu hissəsində səyahət etmək nə qədər xoş olacağından gedəcək, çünki Qarabağ Qərbi Şərqlə, Avropanı Asiya ilə birləşdirən bir qovşağa çevriləcək. Qoy belə də olsun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər