19 Aprel 2021 23:14
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hərbi qənimətlər parkı ilə bağlı ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyası boşboğazların diskussiyasından başqa bir şey deyil. Yaxşı olardı ki, ermənilər öz tarixlərinə baxsınlar. Çox sadalamayacam, təkcə Soqomon Teyliryana Şirakda ucaldılan abidə kifayətdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Şirakda qoyulan həmin heykəlin ayağının altında Tələt Paşanın “kəsilmiş başı” təsvir edilib:

“Dünyanın hansı ölkəsində ayaqları altında kəllə olan ikinci belə bir abidə və heykəl var? Heç yerdə.
İkincisi, Fransa da, yaxşı olardı dönüb öz tarixinə baxsın. Azərbaycan Fransadan fərqli olaraq öz torpaqları uğrunda öz ərazisində müharibə aparıb. Amma Fransa min kilometrlərlə uzaq ərazilərdə işğalçılıq siyasəti apararaq bir çox xalqlara qarşı soyqırımlar, qətliamlar törədib. Yaxşı olardı kı, fransızlar Parisdə öz torpaqları uğrunda Fransa işğalına qarşı mübarizə aparmış Afrika xalqlarının kəllələrinin niyə muzeydə nümayiş etdirdiklərinə aydınlıq gətirsinlər. Parisdəki İnsan muzeyində XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin kəllə sümükləri nümayiş etdirilir.

Üçüncüsü, o ki qaldı Eduard Limonova, humanizm və bəşəri dəyərlər haqda Rusiyada danışa biləcək ən axırıncı adamlardan biri elə odur. Bu ölkədə qeyri-rusların öldürülməsində xüsusi fəallıqları ilə seçilən skinxetlərin fəaliyyəti məhz qatı faşist ideologiyasının daşıyıcısı olan Limonov və digərlərinin təşkilatçılıqları ilə baş tutduğu hər kəsə məlumdur. Atalar yaxşı deyib, it hürər, karvan keçər. Bizim qələbəmizi həzm edə bilməyənlər o qədər hürsünlər ki, nə fayda”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər