24 Aprel 2021 15:20
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi Azərbaycan torpaqlarının azad olunması, erməni terrorçularının, faşistlərin acı məlubiyyəti ilə bitdi. Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Cəbhədəki ağır məğlubiyyət fonunda kapitulyasiya aktını imzalayan Ermənistanda ictimai-siyasi gərginlik getdikcə dərinləşir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, Ermənistanda siyasi qüvvələr arasında yaranmış gərginlik qarşıdakı növbədənkənar seçkilər fonunda daha da güclənib:

“Ermənistanın baş naziri Nikol Paşinyan özündən əvvəlki Köçəryan-Sərkisyan hakimiyyətini ordunu düzgün təşkil etməməkdə, doğru-dürüst silahlarla təmin etməməkdə ittiham edir. O, bu məğlubiyyəti əvvəlki sələfləri ilə paylaşmaq istəyir. Müxalifət isə baş nazirin iddialarına qarşı çıxır. Ümimiyyətlə isə Ermənistada seçkiqabağı bu cür gərginliyin olması gözlənilən idi”.

Deputat hesab edir ki, Ermənistanda parlament seçkilərinin nəticələrinin nə olmasından asılı olmayaraq, bu gərginlik bitməyəcək:

“Məğlubiyyət Ermənistanın hələ uzun illər normal həyata qayıtmasına imkan verməyəcək. Ona görə də Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaqdan keçir. Qonşularına qarşı ərazi iddialarından əl çəkmək və üçtərəfli razılaşmaya əsasən kommunikasiya əlaqələrinin bərpası əsas şərtdir. Əks halda Ermənistanən müstəqilliyi şübhə altına düşə bilər”

Naqif Həmzəyevin fikrincə, Ermənistan heç bir halda havadarlarının ismarışlarına və qisas çağırışlarına uymamalıdır:

“Ermənistan inkişafa nail olmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmalıdır. Ermənistan öz xəstə təxəyyülündən və ideologiyasından əl çəkməlidir. Əks təqdirdə Ermənistan regionda təhdid və problem olara qalmaqdadır. Əgər Ermənistan hansısa yanlış addım atacaqsa, region dövlətləri buna qətiyyən imkan verməyəcək. Artıq bu regionda maraqlı dövlətlər İrəvanın bölgəni yenidən alovlandırmasına qəti sərt mövqe sərgiləyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər