Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Elşad müəllim, ABŞ prezidenti Co Bayden 24 aprel müraciətində “soyqırımı” ifadəsini işlətdi. Bundan sonra dövlətlərarası münasibətlərin hansı istiqamətdə tənzimlənməsi gözlənilir?
- ABŞ prezidenti Co Baydenin uydurma erməni soyqırımı ilə bağlı sərgilədiyi məlum mövqe bir daha göstərdi ki, ermənilər tarixən olduğu kimi yenə də ayrı-ayrı dövlətlərin əlində alət rolundadır. Yaxşı bəllidir ki, qardaş Türkiyəyə münasibədə belə bir mövqenın sərgilənməsi yəni, uydurma erməni “soyqrımı” ifadəsinin işlədilməsi hansı məqsədlərə xidmət edir və bunun əsasında nələr dayanır. Türkiyə öz milli maraqlarına uyğun tam müstəqil siyasət yeritməkdədir. Qardaş dövlət yerləşdiyi coğrafiyada və bütövlükdə qlobal müstəvidə kifayət qədər təsir etmə imkanlarına malikdir. Bu istiqamətdə potensialını getdikcə daha da artırmaqdadır. Xüsusilə də, son dövrlərdə Türkiyənin regionda oynadığı müstəsna rol Qərb siyasi dairələrini, ABŞ-ı çox ciddi narahat edir. Belə olan halda təbii qardaş Türkiyəyə münasibətdə yeni təzyiq riçaklarının işə salınmasına ehtiyac yaranıb. Onsuz da uydurma erməni “soyqırımı”nın tanınması ilə yanaşı əlavə olaraq müxtəlif bəhanələr altında Türkiyəyə qarşı siyasi və iqtisadi təzyiqlərin edilməsi cəhdləri müşahidə olunur. Tükiyənin hansı dövlətlə əməkdaşlıq etməli olduğunu da az qala diktə etmək istəyirlər. Lakin Tükiyə öz maraqlarına uyğun beynəlxalq əməkdaşlıq qurmaqda, beynəlxalq münasibətlər sistemində iştirak etməkdə iradə nümayiş etdirdi. Qardaş Türkiyənin mövqeləri daha da möhkəmlənir. Təbii ki, belə olan halda Türkiyəyə qarşı təzyiqlərə saxta erməni “soyqırımı” ilə bağlı sərgilənən mövqe əlavə olundu. Lakin ABŞ prezidenti belə bir mövqe sərgiləməklə həm də nümayiş etdirdi ki, qeyri-sağlam məntiqə söykənir. Çünki NATO platformasında ABŞ-ın potensial müttəfiqlərindən bir məhz Türkiyədir. ABŞ Türkiyəyə münasibətdə belə ədalətsiz mövqe sərgiləməklə bu olkənin digər cinahla təmaslarının daha da sıxlanmasının şərtləndirmiş olacaq, ABŞ-ı narahat edən əsas məqam Türkiyə ilə Rusiya münasibətlərinin hazırkı səviyyəsidir. Türkiyə ilə Çin arasından münasibətlərin yeni müstəviyə qədəm qoyması da narahatlıq yaradırdı. Ümumiyyətlə Türkiyə-Rusiya-Çin əməkdaşlıq üçbucağının yaranması əsas narahatlıqlardan hesab olunur. Amma ABŞ prezidenti məsuliyyətsiz mövqe sərgiləməklə haqlı olaraq Türkiyənin də yendi bir mövqe müəyyənləşdirməsini şərtləndirəcək. Bu mövqe də ondan ibarət olacaq ki, ABŞ-ı narahat edən əməkdaşlıq üçbucağı daha da möhkəmlənəcək. Tükiyənin bu istiqamətdə atmış olduğu addımlar, sərgiləyəcəyi mövqelər tam haqlı olacaq. Bununla ABŞ-ın beynəlxalq imicinə çox ciddi zərbə dəyəcək. Çünki ABŞ hər zaman haqq-ədalətdən danışmağa cəhd edir. Amma C.Bayden nümayiş etdirdi ki, əksinə ABŞ faktların saxtalaşdırlmasının iştirakçısıdır. ABŞ ikili standartlar siyasətinin əsas müəlliflərindən biridir. Bundan sonra qardaş Türkiyənin mövqeyi daha güclənəcək.
- Hansısa “soyqırımı”n beynəlxalq müstəvidə tanınması üçün Baydenin belə bir ifadəni işlətməsinin hüquqi tərəfi hansı prinsiplərə söykənir?
- Əslində Baydenin belə bir ifadəni işlətməsi onun beynəlxalq müstəvidə tanınması anlamına gəlmir. Məsələnin vacib tərəfi ondan ibarətdir ki, ABŞ “soyqırımı” tanımır. Sadəcə olaraq Bayden “soyqrım” ifadəsini işlədib. Yəni bu hüqiqi bir tanınma kimi qəbul edilməlidir. Tək bir dövlətin “soyqırımı” tanıması ümimiyyətlə beynəlxalq mövqe kimi də qəbul olunmamalıdır. Təbii ki, bunun üçün prosedur var. Beynəlxalq müstəvidə bir hüquqi qərar olmalıdır. Belə bir qarar bu gün yoxdur. Sadəcə narahatlıq yaradan tərəf ondan ibarətdir ki, ABŞ kifayət qədər böyük təsirə malik olan bir ölkədir. Onun prezidentinin “soyqırım” ifadəsini işlətməsi digər ölkələr üçün president ola bilər. Amma bunun baş verəcəyi də gözlənilən deyil. Demokratların təmsilçisi olan Obama “böyük faciə” ifadəsini işlətmişdi. Eləcə də digər prezidentlər fərqli ifadələr işlədiblər. Ona görə də, ABŞ-da erməni lobbisi Baydenə məktubunda bildirirdilər ki, o “soyqırım” ifadəsini işlədən ilk ABŞ prezidenti olsun. Görünür belə bir yanaşma Baydeni belə bir ifadəni işlətməyə həvəsləndirib. Bayden ümumiyyətlə türk dünyasına fərqli yanaşması ilə fərqlənən bir prezidentdir. Azərbaycana qarşı ədalətsiz, əsassız 907-ci düzəlişin əsas müəlliflərindən biri də Bayden olub. Erməni lobbisi ilə sıx əməkdaşlıq müstəvisində o prezidentlikdən öncə də ədalətsiz mövqeyi ilə Azərbaycan cəmiyyətində hər zaman qınanılan şəxslərdən olub. Bu baxımdan onun yanaşması erməni təəsübkeşliyinin nəticəsi hesab olnur.
- Qardaş Türkiyənin İraqın Şimalında antiterror əməliyyatları fonunda belə bir yanaşma ortaya çıxdı. Bayden eyni zamanda Yunanıstanın da “könlünü” almağa cəhd etdi. Bütün bunları Türkiyənin regional güc olmaqdan çəkindirən ilkin maneələr kimi dəyərləndirmək mümkündürmü?
- Qardaş Türkiyə Aralıq dənizi hövzəsində öz milli maraqlarını çox böyük inamla qoruyur. Bu da ABŞ-ın regiondakı geosiyasi prioritetləri ilə uzlaşmır. ABŞ hər zaman öyrəşib ki, Türkiyə onun geosiyasi prioritetlərinin təmin olunmasında köməkçi dövlət rolunda çıxış etsin. Qərb dairələri xüsusilə də, ABŞ Türkiyədəki ayrı-ayrı siyasi cinahların vasitəsilə dövlət siyasətinə təsir edib. Xüsusilə Türkiyə parlamentli respublika dövründə ayrı-ayrı siyasi qüvvələr vasitəsi ilə dövlətin xarici siyasi istiqamətlərinin müəyyənləşməsinə Qərb dairələrinin təsiri olub. Ona görə də, Türkiyədə parlement üsul idarəsindən prezident idarəetməsinə keçid ABŞ-da və bir sıra Qərb ölkələrində çox ağrılı hal kimi qəbul oundu. ABŞ bununla bağlı Türkiyəyə qarşı konkret olaraq sanksiyaların da tətbiqini səsləndirdi. Məqsəd də o idi ki, Türkiyəyə qarşı təsir rıçaqlarının əldən çıxarılmasına imkan verilməsin. Amma Türkiyə xalqı cənab Rəcəb Tayyib Ərdoğan iradə nümayiş etdirdi. Parlamentli respublikadan, prezident sistemli idarəetməyə keçid baş verdi. Bununla da Türkiyəyə qarşı kənar dairələrin təsirləri aradan qalxmış oldu. Məhz bundan sonra da intensiv olaraq Türkiyəyə qarşı bu və ya digər alətlərlə təzyiqlərə, təsirlərə cəhd edilir. ABŞ-ın Tükiyəyə təzyiq cəhdlərinin əsasında duran məqsədlərdən bir də odur ki, Türkiyə ilə Rusiya arasında münasibətlərə müəyyən mənada maneə olsun.
- ABŞ prezdentinin yanaşması regional məsələlərə hansı formada təsir edə bilər?
- Cənab Prezident İlham Əliyevin iradəsi ilə regionda yeni bir reallıq yaranıb. Qardaş Türkiyənin yaxından iştirakı və təşəbbüsü ilə regionda yeni nəqliyyat xəritəsi cızılmaqdadır. Bu da, Azərbaycan-Türkiyə-Rusiyanın və bu bölgə ilə bağlı olan dövlətlərin daha səmərli əməkdaşlıq imkanlarını artırır. Sözsüz ki, bu reallıq ABŞ-ı ciddi narahat edir. Amma ABŞ erməni lobbisi ilə iş birliyində olan zaman düşünməlidir ki, bununla həm də acınacaqlı, dağılmaqda olan Ermənistanın özünə də böyük zərbə vurur. Regionda gerçəkləşdirilməsi mümkün olan əməkdaşlıq platforması həm də Ermənistanı düşmüş olduğu ağır siyasi sosial iqtisadi vəziyyətdən qurtarmış olar. Amma ermənilər və saxta “soyqırım”dan bir alət kimi istifadə edərək, qardaş Türkiyəyə təzyiq etməklə Ermənistanın region dövlətləri ilə bundan sonra münasibətlərin normalaşması imkanlarını da əhəmiyyətli dərəcədə məhdudlaşdırmış olur. Müşahidə olunan odur ki, dünya erməniliyi məkirli planlarına yenə də Ermənistanı qurban etdilər.
- Baydenin bu yanaşması Ermənistanda revanşistlər üçün hansı halda ümidverici görünə bilər?
- Ermənilərin xislətinə hərkəs bəlllidir. Onların müvafiq olaraq dinc dayanmayacağı da aydındır. Erməni cəmiyyətində revanşizm meyilləri var. Onlar regional təhdid yaratmaqda davam edəcəklər. Qərbin diktəsi ilə dağıdıcılıq fəaliyyəti və təxribatları ilə məşğul olacaqlar. Təbii ki, Baydenin yanaşması ermənilərdə “ruh” yüksəkliyinə səbəb ola bilər. Amma reallıq odur ki, Ermənistanda revanşizm sadəcə hirs formasında ola bilər. Bunun ardınca hər hansı bir taktiki fəaliyyət qeyri-mümkündür. Azərbaycan Prezidentinin vurğuladığı kimi “Dəmir yumruq” öz yerindədir. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu o dərəcədə darmadağın etdi ki, onlara yenidən güc toplamaq üçün uzun illər lazım olacaq. Ona görə də, Ermənistan təxribatlar törətmək istəsə də, ona sadəcə imkanı çatmayacaq. Burada Rusiya amili də əsas şərtdir. Birgə bəyanatın altındsa Rusiya prezidentinin də imzası var. Rusiya prezidentinin imzası olan bəyanata qarşı çıxmaq bu dövlətə qarşı çıxmaqdır. Bu da Rusiya prezidentinin imicinə çox böyük zərbə vura bilər. Məhz bu səbəbdəndir ki, birgə bəyanatdan imtina intihara bərbərdir. Rus sülhməramlıları bəyanatın icrasına, yerinə yetirilməsinə nəzarət edir. Ona görə də, Ermənistanda hansı hisslərin olmasından, bu ölkənin dəstəkçilərinin hansı mövqe sərgiləmlərindən asılı olmayaraq regionda yeni siyasi reallıq mövcuddur. Bu reallıqları dəyişmək nə Ermənistanın nə də onun havadarlarının gücü daxilində deyil.