4 May 2021 11:24
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, erməni təxribatı getdikcə artır. Bunu yaxınlarda yayılan videolor da ortaya qoyur. Azərbaycan zabiti və əgəri elə davranış ortaya qoyur ki, ermənilər təxribatlarını genişləndirə bilmir. Bu, Qarabağda bizim uğurumuzun həm də peşəkarlıqdan keçdiyini göstərir.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Fazil Mustafa qeyd edib ki, Azərbaycanda sosial şəbəkə seqmentində bəziləri Türkiyə, İsrail, Pakistan və Əfqanıstana qarı kampaniya aparır:

“Bunun qarşısı alınmalıdır. Eyni zamanda təklif edirəm ki, Bakıdakı parklardan birinə Türkiyə-İsrail-Pakistan-Əfqanıstan dostluq parkı adı verilsin”.


Müəllif: Nemət