Azərbaycanlılar Qara gölə doğru irəliləyirlər və yerləşməyə çalışırlar.
Teleqraf.com xəbər verir ki, bunu erməni mediasına Gorus bələdiyyəsinin sədr müavini Menua Hovsepyan deyib.
O əlavə edib ki, azəbaycanlılar Qara gölün üstündə görünür və özlərinə yer etməyə çalışırlar.
Bələdiyyə sədrinin müavini iddia edib ki, Qara gölün böyük hissəsi xəritəyə görə, onlara aiddir. Hovsepyan deyib ki, Qara göl ərazisində yerləşən süni su anbarından icma suvarma suyu kimi istifadə edir: “Xəritəyə görə, anbarın bəndi qarşı tərəfindir".