Azərbaycan koronovirusla mübarizədə ən effektiv addımlar atan ölkələr sırasındadır. Pandemiyaya qarşı preventiv tədbirlərlə yanaşı Azərbaycan bəşəriyyətin xilası üçün etdiyi təşəbbüslərlə nümunəvi ölkə kimi göstərilir. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanın pandemiyaya qarşı atdığı addımları yüksək qiymətləndirib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O qeyd edib ki, ölkəmiz Qoşulmama Hərəkatının xətti ilə 30-dan artıq ölkəyə maddi və texniki yardımlar edib: “Bununla yanaşı Azərbaycan ÜST-ə 10 milyondan artıq vəsait köçürüb. Ölkəniz ilk dəfə olaraq COVAX proqramına qoşularaq dünyada ədalətli vaksin bölgüsünün vacibliyni önə çəkib. Azərbaycan əhalisini vaksinlə təmin etmək üçün bütün imkanlarını səfərbər edən dövlətlərdəndir. Elə ölkələr var ki, bu gün vaksin əldə edə bilmir. Artıq mövcud olan ən təsirli vaksinlər Azərbaycanda tətbiq olunur. Bütün bunlar isə insanların sağlamlığı və təhlükəsizliyi üçün atılan təsirli addımlardır”.
Deputat deyib ki, pandemiya dövründə insanların sosial qayğıları da dövlətin diqqətində olub: “Biznes strukturları, işçilərin işə çıxmadan əmək haqqlarını təmin edilməsi, aztəminatlı ailələrə birdəfəlik maddi yardımların verilməsi mühüm amillərdən hesab olnmur. Bununla yanaşı struktur və zəruri sosial layihələrin heç biri təxirə salınmadı. Amma buna baxmayaraq Azərbaycanın pandemiya və ondan sonrakı dönəm üçün addımlarını düzgün dəyərləndirə bilməyənlər boşboğazlıqla məşğul olur. Bu sıradan AXCP sədri Əli Kərimov və onun təmsil etdiyi anti-“Milli Şura” üzvləri xarici havadarlarına xoş gəlsin deyə vaxtaşırı yalan informasiyaları tirajlamağa çalışırlar. Azərbaycan pandemiya dövründə və 44 günlük Vətən müharibəsində vətəndaşların təhlükəsizliyi və sağlamlığını daima diqqətdə saxlayıb. Bu gün Ə.Kərimov, Cəmil Həsənli kimi yarıtmazların vaxtilə Azərbaycana vurduğu zərbələr, yaralar indi-indi sağalır. Hakimiyyədə olduqları dövrdə dövlətin, xalqın təhlükəsizliyi üçün heç bir effektiv addım atmağı bacarmayanlar bu gün boşboğazlıq edir. Sözüz ki, cəmiyyət bunu görür. Ona görə də, bu cür dırnaqarası siyasətçilərə cəmiyyətdə münasibət birmənalı deyil”.
İlham Məmmədova görə, Əli Kərumovun bu gün ölkədə ölüm sayı ilə bağlı açıqlamağa çalışdığı statistika və bunun üzərində qurmaq istədiyi müzakirələr tamamilə absurdur: “Bu gün Azərbaycan güclü bir dövlətdir. Qarabağ savaşından qalib çıxmış bir dövlətin fərdi olmağı qürurunu hər kəs yaşayır. Amma bəzi üzdəniraq qrupların təmsilçiləri xalqın bu sevincinə, qüruruna şərik çıxmaq əvəzinə düşmən dəyirmanına su tökməyə çalışır. Sözsüz ki, bu gün Azərbaycana qarşı olan qüvvələr məzh Ə.Kərimovların ritorikalarına istinad edir. Bu da açıq şəkildə düşmən maraqlara xdimətdən qaynaqlanır”.