Latviyalı deputatlar Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında iştirak edirlər.
Teleqraf.com-un məlumatına görə, Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun sədri Roman Naudinş, Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun sədr müavini Armands Krauze, Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Aleksandr Kirşteins plenar iclasa qatılıb.
Milli Məclisin sədri Sahibə Qafarova qonaqları iclasda təqdim edib.