Seçicilərim Prezident İlham Əliyevə təşəkkürlərini bildirməmi məndən xahiş ediblər.
Teleqraf.com xəbər verir ki, bunu Cəlilabaddan seçilən deputat Elman Nəsirov deyib.
O bildirib ki, Prezidentin Cəlilabadda içməli su və əkin sahələrinin suvarılması ilə bağlı verdiyi qərar sakinlərin sevincinə səbəb oldu:
"Prezidentin sərəncamı ilə 12 ədəd subartezian quyusu qazılacaq. Sevindirici haldır ki, Cəlilabadın 6 yaşayış məntəqəsində subartezian quyusu qazılacaq. Bu, su probleminin həllinə böyük töhvə verəcək”.
Deputat əlavə edib ki, rayonun bəzi kəndlərində mövcud olan qaz problemi də həllini tapacaq