17 İyun 2021 17:11
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya Brüsseldən gəlmişdi. Cənab Ərdoğan Brüsseldə bir sıra mühüm görüşlər keçirərək müzakirələr aparmışdı. Hətta keçirdiyi görüşlərdən sonra həm prezident Bayden, həm də NATO Türkiyə ilə xoş niyyət ifadə edən çıxışlar etdi. Məhz bundan sonra Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir.

Bu fikirləri Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərini şərh edərkən bildirib.

Sərdar Cəlaloğlu deyib ki, Şuşa Bəyannaməsi həm də ABŞ, Avropa və NATO tərəfindən dəstəklənir:

“Bəli, dəstəklənir. Ərdoğan NATO haqqında fikirləri açıqladı. NATO baş katibi hərbi alyansın Türkiyənin yanında olduğunu açıq elan etdi. Prezident Bayden Türkiyə ilə Amerika arasında dostluğun inkişaf edəcəyini bəyan etdi. Bu, faktiki əvvəlki bəyanatlarından fərqli idi. Son nəticədə isə Şuşada Azərbaycan və Türkiyə arasında bəyannamə imzalandı. Bu o deməkdir ki, belə bir bəyannamənin imzalanmasına ABŞ və NATO tərəfindən xeyir-dua verilib. Başqa sözlə, onlar da Türk birliyinin yaranmasında maraqlıdırlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər