Prezident Dövlət Televeziyasına müsahibəsində bir çox məsələlərlə yanaşı “status məsələsi"nə də toxundu. Dövlət başçısı bir daha vuruğuladı ki, “status məsələsi" tarixin arxivinə qovuşub. Azərbaycan ərazisindəki 25000 erməni əhali yalnız ölkəmizin qanunları tanımaqla yaşamaq hüququ əldə edə bilər. Onlara Azərbaycan ərazisində hər hansı statusun verilməsi mümkün deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 1923-cü ildə “Dağlıq Qarabağ” muxtariyyəti süni şəkildə yaradılıb: “Sovet dönəmində məhz erməni təəssübkeşliyi ilə yaradılan bu uydurma “ərazi vahidi” ölkəmiz müstəqilliyini bərpa etdikdən təxminən bir ay sonra ləğv edilib. BMT qəbul etdiyi 4 qətnamədə də Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq orada hər hansı status haqqında xüsusi bir qeydə rast gəlinməyib”.
Deputat vurğulayıb ki, Azərbaycanın apardığı güclü xarici diplomatiya şəraitində və Ali Baş Komandanın rəhbərliyi altında rəşadədətli Ordumuz BMT qətnamələrini təkbaşına icra edib: “Bununla da 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub. Avrasiya məkanının ən uzunmüddətli münqaişəsi bitib. İki yüz ildən artıq yaradılmış erməni mifləri darmadağın edilib. “Böyük Ermənistan”, “döyüşkən xalq”, “sarsılmaz ordu” anlayışları məhv edilib.
44 günlük müharibədən öncə Ermənistanda sosial-iqtisadi böhran hökm sürürdü. Müharibədən sonra bu böhrana cəmiyyətin mənəvi-psixoloji təlatümü də əlavə olunub. Buna baxmayaraq, erməni cəmiyyəti hələ də bölgədə yaranmış yeni reallığa açıq gözlə görə bilmir. Təbii ki, revanşist və digər qüvvələr erməni cəmiyyətini normal düşünmək imkanlarını məhdudlaşdırır. Bu prosesin davam etməsi erməni cəmiyyətini daha böyük fəalkətlərə sürükləyə bilər”.
Sevinc Hüseynovanın sözlərinə görə, Azərbaycan Prezidenti prinsipial olaraq hər hansı statusun olmayacağını bir daha vurğulayəb: “Bölgənin inkişafı yalnız Şərqi Zəngəzur və Zəngəzur sosial-iqtisadi rayonlarının imkanları ilə mümkün ola bilər. Tez-gec aparılan uğurlu siyasət nəticəsində Zəngəzur dəhlizi də açılacaq. Bununla bölgədə yeni iqtisadi inkişaf üçün əsaslar yaranmış olacaq.
Bundan sonrakı mərhələdə Ermənistanın xəritədə bir ölkə kimi qalması məhz bölgədə olan yeni reallıq platformalarından keçir. Onlar istəsələr də, istəməsələr də bu reallıqla barışmalı olacaqlar”.