“Məktəb və ali təhsil ocaqlarında Rusiya və bu ölkənin Qarabağ siyasəti ilə bağlı ayrıca fənnin tədrisinə ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert hesab edir ki, Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmasını neytrallaşdırmaq üçün bir sıra addımların atılması mümkündür:
“Suallar verirlər ki, “Rusiya niyə Ermənistanı silahlandırır?”, “Rusiya sülhməramlıları niyə erməni separatçılarının Qarabağda postlarının qurulmasına şərait yaradır?”, “Rusiya niyə Laçın dəhlizindən hərbi yüklərin daşınmasına göz yumur?” və s.
Sanki söhbət bizə bəlli olmayan ölkədən və onun siyasətindən gedir. Mənə bu sualları ünvanlayanlara qarşılıqlı sual vermək məcburiyyətində qalıram: Rusiyanın 200 ildə Cənubi Qafqazda indikindən fərqli siyasətini müşahidə etmişikmi?.
Məktəb və ali təhsil ocaqlarında Rusiya və bu ölkənin Qarabağ siyasəti ilə bağlı ayrıca fənnin tədrisinə ehtiyac var. Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmasını neytrallaşdıran milli proqram hazırlamasaq, bu ölkənin Ermənistan və erməni separatizmi, o cümlədən “5-ci kolon“ vasitəsilə təxribatlarından qurtulmayacağıq”.