20 Avqust 2021 12:48
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfəri və orada qalib Ali Baş Komandan kimi çıxışı hazırkı hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi baxımından önəmli idi. Eyni zamanda dövlət başçısı tərəfindən Ermənistana və onun havadarlarına ünvanlanmış hədəfli mesajların səsləndirilməsi də vacib idi. Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlərin baş verməsi, müharibənin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinin qarşısını aldı. Kəlbəcər və Laçın rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsi isə Azərbaycan Prezidentinin diplomatik məharəti, Azərbaycan Ordusunun gücü, uğurlu hərbi əməliyyatların nəticəsi idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz Ermənistan ordusunu məhv edərək, faşizminin başını əzərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qanını alaraq qayıtmışıq:

“Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Hazırda tarixi torpaqlarımızda genişmiqyaslı bərpa işləri aparılır. Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda aparılan işlər yarımstansiyanın fəaliyyətə başlaması, Prezidentin su elektrik stansiyasının tikintisi ilə tanış olması, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması burada infrastruktur layihələrinin hansı miqyasda həyata keçirildiyini göstərir. Hazırda 700 kilometr yollun çəkilişi prosesi gedir və qışa qədər işin təqribən 80 faizinin icrası hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyimiz üçün imkanları genişləndirəcək”.

Deputat bildirib ki, pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərin bura ezam olunması isə aqrar sahənin inkiafı baxımından olduqca əhəmiyyətlidir:

“Biz öz tarixi torpaqlarımızı bərpa etməklə qısa müddətdə burada həyatı bərpa edirik. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Ağdam şəhərinin baş planı təsdiqlənib. Digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur”.

Könül Nurullayeva hesab edir ki, Zəngəzur dəhlizinin çəkilişi nəticəsində bu dəhlizdən istifadə edib vətəndaşlarımız dədə-baba torpaqlarına qayıtmış olacaq:

“Ali Baş Komandan Kəlbəcərdə olarkən bir daha bəyan etdi ki, bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar. Onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər