Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı üçtərəfli razılaşmalarının həyata keçirilməsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ətraflı fikir mübadiləsi zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının icrası da daxil olmaqla, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri müzakirə edildi”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.