İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur bu gün Bakıya 3 günlük səfərə gələcək.
İranın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən xəbərə görə, səfər çərçivəsində o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.
Məhəmməd Kazım Səccadpur Azərbaycanın bir sıra rəsmiləri ilə də görüşəcək.