29 Sentyabr 2021 15:43
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə Liviya və Suriya daxil olmaqla beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla Soçidə keçirdiyi görüşdə bildirib.

“Beynəlxalq səviyyədə biz olduqca uğurla əməkdaşlıq edirik. Həm Suriyanı, həm də Liviya ilə bağlı mövqelərin əlaqələndirilməsinə dair təmasla nəzərdə tuturam. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan və Ermənistan arasındakı sərhəddə atəşkəsə nəzarət etmək üçün fəal şəkildə fəaliyyət göstərir”, - deyə V.Putin qeyd edib.

Putin əlavə edib ki, ölkələr arasında əməkdaşlıq sabitliyin qarantıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər