13 Oktyabr 20:28
13 691

“Bölgədə, xüsusən də Suriya sərhədlərindəki hərəkətlənmənin arxasında İranın dayanıb. İran silahlı şiə qruplaşmaları vasitəsilə YPG-yə verərək, qaçqınların Suriya-Türkiyə sərhədlərinə üz tutmasına şərait yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik eksperti Yusuf Alabarda deyib.

“Əmin ola bilərsiniz ki, Təl-Rıfat bölgəsi də daxil olmaqla, Türkiyə Silahlı və təhlükəsizlik qüvvələrimizə edilən hücumların arxasında YPG ilə əməkdaşlıq edən İrana bağlı qruplaşmalar dayanır. Bu, Qafqazda kimyası pisləşən İranın həmişə gördüyü işdir. İran Tehrandan cavab vermək əvəzinə bunu bölgədə dəstək verdiyi qruplaşmalar vasitəsilə edir. İran bunun cavabını türk ordusunun “Bahar qalxanı” əməliyyatları ilə aldı. Bu səbəbdən Təl-Rıfat da daxil olmaqla son dönəmdə bölgədəki aktivliyi Qarabağ və Qafqazda yaranmış mənzərənin İranı necə qorxutması ilə əlaqələndirirəm”, - ekspert bildirib.

Alabarda Əfqanıstandakı axından sonra ən çox qaçqın qəbul edən ölkələrdən biri olan İranın bu qaçqınları Türkiyəyə qarşı istifadə etməyə hazırlaşdığını bildirib. O, bu məsələnin terror təhdidi kimi qiymətləndirilməli və lazımi tədbirlərin görülməli olduğunu deyib.

“İran-Əfqanıstan sərhədinə güclü qaçqın axını var. 38 milyonluq bir ölkədir. Bura köçən insanların İranda qalmayacağı və İran sərhədlərindən Türkiyəyə soxmaq cəhdlərinin olacağı bilinən məsələdir. Türkiyə Daxili İşlər Nazirliyi İranla sərhəddə ciddi təhlükəsizlik tədbirləri görür. Bir tərəfdə Suriya, digər tərəfdə İraq sərhədləri var, digər yandan isə İranda avtobuslarla Van-Ərçiş-Çaldıran-Ağrı xəttinə qədər gətirilib buraxılan əfqanlar vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışırlar. Bu yöndə görülən işlər barədə ictimaiyyətə açıqlamalar verilməlidir, bunun çox önəmli olacağına inanıram”, - Alabarda deyib.


Müəllif: Mənsur Rəğbətoğlu