19 Oktyabr 2021 13:36
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdikləri birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.


Müəllif: Teleqraf.com