27 Oktyabr 2021 16:59
3 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanla Azərbaycan arasında sülh prossesinə dəstək verməyə hazırdır və bu istiqamətdə işləməyə davam edir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Gəncə şəhərində səfərdə olan ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer deyib.

Diplomat bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesinə sadiqdir: “ABŞ müqanişənin həllində bir araya gəlmək, onu danışıqlar yolu ilə həll etmək məqsədinə sadiqdir. ABŞ bu istiqamətdə hələ də aktiv rol həyata keçirir.

Mina xəritələrinin mübadiləsi məsələsində ABŞ çox böyük rol oynadı və ilk rolunu yerinə yetirdi. Eyni zamanda bu yaxınlarda Minsk qrupu Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirinin görüşünü təşkil etdi. Bu görüşün təşkil olunmasını yüksək qiymətləndiririk. Bu o deməkdir ki, biz davam edirik. Hər iki tərəfi bir araya gətirmək və birlikdə sülh prosesinə tövhə vermək istəyirik”.


Müəllif: Teleqraf.com