ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Erika Olson noyabrın 2-4-də İrəvanda ABŞ-ın Cənubi Qafqaz regionundakı nümayəndəliklərinin rəhbərlərinin konfransında iştirak edəcək.
Konfransda ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin, Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Çaffer və USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski iştirak edəcək.
“Konfrans iştirakçıları daxili müzakirələrdən başqa Ermənistan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirəcək”, – səfirliyin bəyanatında belə deyilir.