9 Noyabr 2021 16:06
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəfər Günü ilə əlaqədar Azərbaycanda səfər olan Türkiyə müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən Şuşa Bəyanaməsindən də danışıb.

Teleqraf.com xəbər verir ki, Akar bu sualla bağlı Şuşa Bəyannaməsini “hiss və düşüncələrin rəsmiləşdirilməsi” adlandırıb.

“Bu, həm prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkələrimiz üçün gördükləri perspektiv və mövqelərini ortaya qoyduqları sənəddir”, - nazir bildirib.

Bu kontekstdə işlərin davam etdiyini söyləyən Hulusi Akar vurğulayıb:

“Biz yenidən strukturlaşma, modernləşmə, şəxsi heyətimiz və Azərbaycanın qəhrəman kadrlarının yetişdirilməsi və əməliyyata hazırlıq səviyyəsini maksimuma çatdırmaq üçün işlərimizi davam etdiririk, digər tərəfdən bu qəhrəman və fədakar kadrların təchiz edilməsi üçün lazım olan döyüş silahları, vasitə və avadanlıqların tədarükü üzərində işləyirik. Bu çərçivədə işimizi tək yumuruq və tək yumruqla, sıx əməkdaşlıqla davam etdiririk”.

Müdafiə naziri bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş bəzi fəaliyyətlərin olduğuna da diqqət çəkib:

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində “sülh göyərçini olmaq istəyirik” ifadəsini işlətdi. Burada ədalətli, lazımlı və beynəlxalq səviyyədə qanuni mübarizə aparıldı. Bu mübarizədə başqa bir ölkənin torpağı işğal olunmayıb, heç bir şəxsin, heç kimin, millətin haqqı qəsb edilməyib. Biz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün səy göstərmişik. Buna görə də hamı başa düşməlidir ki, bu düşmənçiliklə heç bir yerə çatmayacaqlar. Gələcəyə baxmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər