15 Noyabr 2021 20:13
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın müdafiə nazirlərinin əksəriyyəti revanşizmlə qidalanır. Nikol Paşinyan da anlayır ki, revanşist hərəkətlər indi Ermənistanın məhvi deməkdir. Ona görə də, Paşinyan bir qədər daha sakit şəxsləri hakimiyyətə gətirir”.

Bu sözləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov Ermənistanda mülki şəxsin - Suren Papikyanın müdafiə naziri təyin edilməsinin səbəbləri haqqında danışarkən bildirib.

Mütəxəssis qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya da çox tabe olmaq istəmir: “Halbuki Paşinyan Moskvaya tabedir. Amma hərbçilər Rusiyanın yaxasından yapışaraq daha çox silah-sursat, kömək istəyirlər. Məncə, bu, Paşinyanın planlarına daxil deyil. Əsas məqam budur. Məncə, bu səbəbdən də Paşinyan özünün ən yaxın adamını mülki insan olmasına baxmayaraq müdafiə nazir təyin etdi”.

Politoloq əlavə edib ki, Ermənistanda hansı proseslərin getməsindən asılı olmayaraq Azərbaycan inamla öz sözünü deyir, bəyanatını verir və həm də dediyi sözlərin üzərində dayanır: "Ermənistanda gündəmi əvəlkitək Azərbaycan müəyyən edir. İndi əsas məsələ Ermənistanın hansı yol tutacağındadır".

Rüstəm Məmmədovun fikrincə, Nikol Paşinyan anlayır ki, müəyyən torpaqlar Ermənistanın əlindən çıxacaq və bu da əslində Paşinyan hakimiyyətini laxlada bilər: “Odur ki, Paşinyan bu başda situasiyanı balanslaşdırmaq məqsədilə öz adamlarını vacib postlarda yerləşdirir. Məncə, bu daha gərgin vəziyyətdə Paşinyanın proseslərə nəzarətini itirməməsi və vəziyyəti idarə etməsinə hesablanıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər