16 Noyabr 2021 11:43
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyində 30 il işğal altında olan əraziləri düşməndən azad etdi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi haqda qanun layihəsini təqdim edən Maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə yollar çəkilir, hava limanları tikilir, infrastruktur yaradılır.

Samir Şərifov deyib ki, işğaldan azad olunan ərazilərə məcburi köçkünlərin qayıtması üçün böyük işlər görülür.

O əlavə edib ki, işğaldan azad olunan ərazilərdə işlərin aparılması büdcədə prioritet məsələ kimi nəzərdə tutulub.


Müəllif: Nemət

Oxşar xəbərlər