Milli Məclis “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsinə başlayıb.
Teleqraf.com xəbər verir ki, layihə haqqında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Qeyd edək ki, Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin gəlirləri 5.306770,072 manat, xərcləri isə 5306770072 manat təşkil edəcək.
Büdcənin əhəmiyyətli hissəsi əhaliyə ödəniş üzrə xərclərə, əmək pensiyalarının ödənilməsinə yönəldiləcək. Büdcənin əsas gəlir mənbələri isə məcburi dövlət sosial sığorta haqları, eləcə də büdcədən maliyyələşən təşkilatlardan, qeyri-büdcə sektorundan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxil olur.