“Ən böyük narazılıqlar pensiya və müavinətlərlə bağlıdır”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Əli Məsimli deyib.
Deputat bildirb ki, qazilərin pensiya məsələsinin indiyə qədər həll olunmaması böyük narazılıq yaradır:
“Əmək və əhalinin sosial müdafiəsi naziri heç olmasa buna aydınlıq gətirməli idi. Hamıya məlumdur ki, Azərbaycanda orta ömür uzunluğu digər ölkələrdən aşağıdır. Burada göstərildi ki, əməkhaqqları artırılacaq. Regionlarda əməkhaqqları aşağıdır. Məsələn Şəki-Zaqatala kimi potensialı böyük olan bölgələrdə pensiya yaşına çatan insanlar pensiya ala bilməyəcəklər. Azərbaycanda vətəndaşın aldığı pensiya onun heç dərman tələbatını ödəmir. Ona görə də bu istiqamətdə ciddi araşdırmalara ehtiyac var. Artım faizlə böyük səslənir. Amma rəqəmlə baxdıqda görürük ki, cəmi 20-30 manat artım var. İnhisarçıların yaratdığı inflyasiya nəzərə alınmasa vətəndaşlar artımın üstündə də əlavə pul qoyub xərcləməli olacaq”.