Parlament “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi haqqında deputatlara Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Anar Kərimov çıxış edib.
Qeyd edək ki, İsizlikdən Sığorta Fondunun 2022-ci il üçün büdcəsinin gəlirləri 180375536 manat məbləğində təsdiq edilir. Fondun xərclərinin də 180375536 manat məbləğində təsdiq edilməsi nəzərdə tutulur.
Deputat Vahid Əhmədov çıxış edərək bildirib ki, İşsizlikdən sığorta fondunun büdcəsində 40 milyon manat istifadə edilməmiş qalıb: “Mən bilmək istəyirəm ki, bunun səbəbi nədir. Azərbaycanda işsiz olmadığına görə bu məbləğ istifadə edilməyib, yoxsa daha çox gəlir olduğundan xərcləyə bilmirsiniz?