17 Noyabr 2021 18:13
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycana uşaqlar üçün qida və geyimin idxalına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaldılması gündəlikdə olan məsələ kimi dəfələrlə müzakirə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Mili Məclisin bu gün keçirilən plenar iclasında bu məhsulların ƏDV-dən azad edilməsi barədə təklifləri cavablandırarkən deyib.

Samirə Musayeva bildirib ki, bu barədə əvvəllər də məlumat veriblər: “Təəssüf ki, hələ ölkəyə bu məhsulların idxalı zamanı və sonrakı satışı zamanı məhsulların adbaad, növbənöv bütün kateriqoriyalar üzrə sənədləşməsinin uçotunu məsafədən izləmək imkanı yoxdur. Odur ki, qanunun verəcəyi imkanlardan sui-istifadə hallarının baş verməməsi üçün sahibkarların müvafiq infrastrukturunun qurulması işlərini yekunlaşdırmasını gözləyirik. Bundan sonra bu cür məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə oluna bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər